Fransanın ABSURD qətnaməsinin əleyhinə səs verən yeganə senator - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Fransanın ABSURD qətnaməsinin əleyhinə səs verən yeganə senator

Dünya A- A A+

Xəbər verdiyimiz kimi noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.  

Ednews xəbər verir ki, qətnamənin səsverməsində iştirak edən 296 nəfərdən  cəmi 1 nəfər əleyhinə, 295 nəfər isə lehinə səs verib.   

Azərbaycanın maraqlarına zidd olan qətnaməyə Orne departamentindən senator Natali Qulet əleyhinə səs verib. 

Qeyd edək ki, Fransa Senatının yeganə ədalətli senatoru Natali Qulet daha əvvəl Bakıya səfəri zamanı “Twitter” hesabında Qarabağla bağlı Azərbaycan dilində paylaşım edib. 

"Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm",- deyə senator qeyd edib. 

Həmçinin xanım Qulet Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə "Qarabağın" müstəqilliyini tanımayan yeganə senator olub. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...