Ermənistanda daha bir müxalifət funksioneri həbs oluna bilər.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, həbs olunma ehtimalı olan şəxs Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyandır. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.
Bunu vəkil Tiqran Atanesyan jurnalistlərə açıqlamasında bildirib.
“Aşotyan Cinayət Məcəlləsinin gözlənilməz maddələri - ağır nəticələrə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə ittiham edilib”, - Atanesyan bildirib.
O, qeyd edib ki, cinayət işi tibb universitetinin daşınmaz əmlak alması ilə bağlıdır.
Qeyd edək ki, sözügedən partiyanın sədri keçmiş prezident Serj Sarkisyandır.