ABŞ-ın Maliyyə Nazirliyi İrana sanksiyaları davam etdirir.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bu dəfə İranın neft sektoru ilə iş görən 13 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib.
Sözügedən məsələ ilə bağlı müvafiq bəyanat Nazirliyin saytında yerləşdirilib.
Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir.
Qeyd olunur ki, sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.