İtaliyanın ifrat sağçı Liqa partiyasının deputatları yeni təkliflə çıxış ediblər.
Ednews xəbər verir ki, Nümayəndələr Palatasına təqdim olunan yeni qanun layihəsində kilsədə evlənəcək cütlüklərə 20 min avro pul mükafatı tələb olunub.
Yaşı 35-dən aşağı olan və illik gəliri 23 min avrodan az olan cütlüklərin kilsədə nikaha girməsi təqdirində toy bəzəyi, geyim və fotosessiya kimi xərclərin 20 faizinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutulur.
Qanun layihəsində ən azı 10 il İtaliya vətəndaşı olmaq və toyun İtaliyada olmasını tələb edən ayrı-seçkilik əks olunduğu üçün tənqidlərə səbəb olub.
Bu barədə Konstitusiya hüquqşünası Massimo Luciani, Corriere della Sera qəzetinə verdiyi açıqlamada bildirib.
Vatikanın Papa Yaşayış Akademiyasının rəhbəri arxiyepiskop Vinçenzo Paglia kilsə üçün evliliyin ailə qurmaq üçün sevgi, azad iradə və iman əsasında edilən seçim olduğunu deyib.
Nəzrin Beydiyeva