Xəbər verdiyimiz kimi, İsrailin Qüds şəhərində 2 partlayış olub. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb. İlkin məlumata görə, avtobus dayanacağının yaxınlığında yerə qoyulan çanta partlayıb.
Ednews İsrail mətbuatına istinadən xəbər verir ki, partlayışlarla bağlı üç fələstinli həbs edilib.
Mənbə yaralıların sayının 20-yə çatdığını yazıb.