Türkiyə suda boğulan 52 miqrantı xilas edib - ednews.net

6 Dekabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Türkiyə suda boğulan 52 miqrantı xilas edib

Dünya A- A A+
Türkiyə Sahil Mühafizəsi Egey dənizində suda boğulan 52 qeyri-qanuni miqrantı xilas edib. 
 
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Muğlanın Marmaris bölgəsi sahillərində rezin və xilasedici qayıqlarda üzən miqrantlar batmaq təhlükəsi ilə üzləşmişdi. Lakin yerli sahil mühafizəçilərinin köməyi nəticəsində onların həyata xilas etmək mümkün olub. 
 
Dəfələrlə, Yunanıstan mühafizə xidməti tərəfindən qəbul edilməyən və həyatları təhlükə altında olan miqrantlar Türkiyə Mühafizə Xidməti tərəfindən xilas edilib. 
 
Qeyd edək ki, müharibə və siyasi təqiblərdən qaçan qeyri- qanuni miqrantlar yeni həyat axtarmaq adı altında  Avropaya keçmək üçün əsasən Türkiyə ərazisindən istifadə edirlər. 
 
İnsan haqları qrupları və media orqanlarının məlumatlarına görə, miqrantların hüquqlarının və haqlarının pozulmasında daha çox Yunanıstanın adı hallanır. 
 
Türkiyə hakimiyyəti, eləcə də beynəlxalq insan hüquqları təşkilatları Yunanıstanı miqrantlara qarşı qeyri-insani rəftarın nümayiş etidirilməsində, humanitar və beynəlxalq hüququn pozulmasında ittiham edib.
 
Yunis Abdullayev 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...