Cənubi Koreyada etiraz aksiyası -İnsanlar yolları bağladılar - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Cənubi Koreyada etiraz aksiyası -İnsanlar yolları bağladılar

Dünya A- A A+
Cənubi Koreyalı tır sürücüləri minimum əmək haqqı zəmanəti tələbi ilə etiraz aksiyasına qoşularaq yolları bağlayıblar.  
 
Üstündən 6 ay keçməmiş, yük maşını sürücüləri yenidən hökumətdən minimum maaş tələbi ilə küçələrdə toplaşıb.  
Yük maşınları şirkətinin səlahiyyətli nümayəndəsi Park Yeon-Su bildirib ki, ümumi yük daşıma şirkətlərin bütün 25,000 üzvü minimum əmək haqqı zəmanəti tələbi ilə etiraz aksiyasına qoşulub. Onun sözlərinə görə, yanacağın qiymətinin artması ilə sürücülər hökumətdən ilin sonunda başa çatacaq "təhlükəsiz yük tarifi" minimum ödəniş sxemini daimiləşdirməyi tələb ediblər. Xatırladaq ki, etirazla cavab olaraq Seulun mühafizəkar partiyadan olan prezidenti Yun Suk-Yeol "təhlükəsiz yük tarifi" proqramını üç il müddətinə uzadacağını deyib. Buna baxmayaraq, yük daşıma şirkətləri bu sxemin qalıcı olmasının heç bir mənası olmadığını bildirir. 
 
Etirazçıların sözlərinə görə hökumət bundan əvvəl daha çox vədlər versə də, bunların heç biri hələ ki, yerinə yetirilməyib.  
Qeyd edək ki, bundan öncə baş verən etiraz aksiyaları Asiyanın 4-cü ən aparıcı iqtisadiyyatı olan yükdaşıma sistemini 8 gün iflic etmişdi. Bu isə hökumətə təxminən 1.2 milyard dollardan çox zərərə başa gəlib.  
 
Elnur Ənvəroğlu


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...