“Biz hamımız öləcəyik” - Putin Ukraynada vuruşan əsgərlərin anaları ilə görüşdü - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

“Biz hamımız öləcəyik” - Putin Ukraynada vuruşan əsgərlərin anaları ilə görüşdü

Dünya A- A A+

Rusiyada Prezidenti Vladimir Putin Ukrayna ilə səfərbərliklə müharibəyə cəlb olunan əsgər anaları ilə görüşüb.

Ednews xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin əsgər analarının keçirdiyi hissləri anladığını və onlara övladları ilə fəxr etməli olduqlarını bildirib.

“Biz hamımız faniyik, nə vaxtsa, bu dünyadan gedəcəyik. Sual ondan ibarətdir ki, biz necə yaşayaraq ölürük? Sizin övladlarınız sözün həqiq mənasında yaşayıblar və ölsələr bu, səbəbsiz yerə olmayacaq”, - deyə Putin övladları Ukraynada iştirak edən analara bildirib.
Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı Rusiyada səfərbərliklə müharibəyə cəlb olunanların ailələrinin etiraza hazırlaşdığını iddia edib. Kremlin də bu etirazların qarşısını almaq məqsədilə hərbçilərin anaları ilə prezidentin görüşünü təşkil etdiyi iddia edilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...