Qadın zorakılığına qarşı dünya birləşir – Avropa İttifaqı kampaniya başlatdı - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Qadın zorakılığına qarşı dünya birləşir – Avropa İttifaqı kampaniya başlatdı

Dünya A- A A+
Avropa İttifaqı qadın zorakılığına qarşı kampaniyaya başlayır. Ednews xarici KİV-ə istinadən xəbər verir ki, kampaniya “Dünyanı narıncıya boya” adlanır. Sözügedən kampaniyanın müəllifləri isə Avropa komissiyasının sədri Ursula von der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsoladır. Qeyd edək ki, sözügedən kampaniyaya Birləşmiş Millətlər Təşkilatı (BMT) da dəstək verib. Belə ki, təşkilat 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində dekabrın 10-u İnsan Hüquqları Gününə qədər 16 günlük kampaniya keçirir. 187 ölkədən 6000 təşkilatın iştirak etdiyi kampaniyanın mövzusu qadın hüquqları və qadınlara qarşı zorakılığa qarşı “birləşmə” elan edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...