Türkiyənin Diyarbəkir vilayətində avtobus qəzaya uğrayıb.
Ednews "Trthaber.com" a istinadən xəbər verir ki, qəza nəticəsində azı 20 nəfər xəsarət alıb.
Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb.
Hazırda xilasedici komanda avtobusda qalan sərnişinləri xilas etməyə çalışır.