NEWSTUBEHAVA Kiyev üçün “qiyamət” ssenarisi: Dörd ay işıq olmayacaq - - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

NEWSTUBEHAVA Kiyev üçün “qiyamət” ssenarisi: Dörd ay işıq olmayacaq -

Dünya A- A A+
"Kiyev sakinləri müxtəlif vəziyyətlərə, o cümlədən şəhərətrafı ərazilərə qismən təxliyəyə hazır olmalıdırlar". Ednews oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko xəbərdarlıq edib. Onun sözlərinə görə, söhbət kiyevlilərin Ukraynanın digər bölgələrinə köçürülməsindən gedir. Mer Kiyevdə işıqların kəsilməsinin yaza qədər davam edə biləcəyini bildirib. Buna görə də şəhər sakinlərinə texniki və içməli su, elektrik enerjisi olmadan istehlak edilə və ya hazırlana bilən ərzaq ehtiyatları, həmçinin isti paltarlar, enerji ilə doldurulmuş notbuklar və enerji bankları ("power bank") tədarükü ilə bağlı müraciət edib. Siyasətçi əlavə edib ki, pis ssenari halında yaxşı olardı ki, hər bir sakinin suyu və sobası olan bağ evinə və ya dostlarının yanına getmək imkanı olsun.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...