Türkiyəyəyə qarşı istənilən terrorun cavabını döyüş meydanında veririk, verəcəyik.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib.
Qardaş ölkə lideri qeyd edib ki, Türkiyənin cənub sərhədlərində həyata keçirdiyi əməliyyatlarda bir neçə terrorçu artıq məhv edilib.
“Vətənimizin, xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almırıq və heç kimin qarşısında cavab verməyəcəyik. Türkiyənin təhlükəsizlik zolağını genişləndirməyə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir”,- deyə Türkiyə Prezidenti əlavə edib.