Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilib

Dünya 22:54 28.11.2022

Noyabrın 28-də Avropada yaşayan Azərbaycan icması Fransa Milli Assambleyasının yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc etiraz aksiyası keçirib.

Ednews Trend-ə istinadən bildirir ki, aksiya zamanı soydaşlarımız əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkilləri, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotolarını, "Qarabağ Azərbaycandır!, "Ədalət tələb edirik!", "Terrorizmə YOX deyirik!", "Milli Assambleya ədalətli olmalıdır!", "Riyakarlığı durdurun!", "Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!", "Erməni terrorizminə son qoyun!", "Erməni yalanlarına uymayın!", "İkili standartlara son qoyun!", "Təcavüzkar ölkəni dəstəkləməyin!" kimi şüarlar yazılmış plakatları nümayiş etdiriblər.

Qətnamə layihəsinin ədalətsiz olduğunu və reallığı əks etdirmədiyini nəzərə çatdıran soydaşlarımız bədnam sənədi erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyanın tərkib hissəsi kimi dəyərləndiriblər. Yalnız ermənilərin maraqlarını müdafiə etdiklərini vurğulayaraq bu qərəzli münasibəti qətiyyətlə pislədiklərini və rədd etdiklərini diqqətə çatdırıblar.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladan aksiyaçılar belə düşünülməmiş addımın ciddi fəsadlar doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər.

Azərbaycan icması adından çıxış edən diaspor fəalları - Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva, Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson, fransalı hüquqşünas Mile Ben Said Basma, Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov, Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın və başqaları fransız deputatları ədalətli olmağa, terrorizmə yox deməyə, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağa, xalqlar arasına nifaq toxumu səpməməyə, balanslı debatlar aparmağa çağırıblar.

Etiraz aksiyasının qətnaməsi Fransa Milli Assambleyasına təqdim olunub.

P.S.: Fransa Milli Assambleyasının bügünkü iclasında bədnam qətnamə müzakirədən çıxarılıb. Bu məlumat dərc olunana qədər sənədin müzakirəsinin sabahkı gündəliyə salınıb-salınmayacağına dair xəbər yox idi.

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
Hamısı