Rusiyanın Nijni Novqorod şəhərində yeddinci sinif şagirdi bir gündə iki fənndən "2" aldığı üçün intihara cəhd edib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, məktəbli xəstəliyi ucbatından uzun müddət məktəbə gedə bilməyib və dərslərini hazırlamayıb. Nəticədə qız cəbr və ingilis dilindən "2" qiyməti alıb.
Evdə intihara cəhd edən şagird anası tərəfindən aşkar edilib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uşağın həyatını xilas edə biliblər.
Xatırladaq ki, 2021-ci ilin iyununda Ufadan olan 11-ci sinif şagirdi imtahandan kəsildiyi üçün intihar etmişdi.
Oğuz Ayvaz