Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts telefonla danışıb.
Ednews xəbər verir ki, bu barədə Vladimir Zelenski rəsmi “Twitter“ hesabında məlumat verib.
“Ukrayna taxılının daşınması üçün irəli sürülən təşəbbüsü dəstəklədiyi üçün Olaf Şoltsa minnətdarlığımı bildirirəm.
Biz sülhə nail olmaq üçün Ukrayna formulunun gerçəkləşdirilməsini və Rusiyanın raket terrorundan ölkəmizin qorunması üçün birgə əməkdaşlığımızı müzakirə etdik”,- deyə Zelenski qeyd edib.