Sinqapurda homoseksuallıq leqallaşdırılır - YENİ QANUN - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Sinqapurda homoseksuallıq leqallaşdırılır - YENİ QANUN

Dünya A- A A+
Sinqapurda homoseksuallıq barədə yeni qanun qəbul olunub. 
 
Endews “Deutsche Welle” xəbər agentliyinə istinadən bildirir ki, Sinqapur parlamentində homoseksuallığı cinayət hesab edən, eyni zamanda eyni cinslərin nikahına mane olan müstəmləkə dövründən qalma qanun ləğv ediləcək. 
 
Bu qanuna görə, eyni cinslər arasında cinsi əlaqəyə girən kişilər və qadınlar iki il həbs cəzası ilə cəzalandırılırdı. Uzun illər bu qanun LGTB icmasına qarşı ayrı-seçkilik aktı hesab olunaraq tənqid edilirdi. 
 
Məhkəmələrdə bu qanunun ləğv edilməsi ilə bağlı addımlar atılsa da, uğursuzluğa düçar olurdu. Bununla belə, Baş nazir Li Hsin Lonq homoseksuallıqla bağlı yeni qanunu yayda elan etmişdi. 
 
Sinqapurda LGTB icmasına üzv olan şəxslər parlamentin qərarını sevinclə qarşılayıblar. 
 
Yunis Abdullayev


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...