Türkiyənin Şanlıurfa bölgəsində yerləşən əqrəb fermasında istehsal edilən zəhər baha qiymətə xarici ölkələrə ixrac edilir.
Qramı 10 min, litri isə 10 milyon dollara satılan əqrəb zəhəri beyin xərçəngi və dağınıq skleroz (MS) kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Ednews HaberGlobal-a istinadən xəbər verir ki, sözügedən fermanın sahibi Əli Yılmaz 20 gündə bir dəfə əqrəb zəhəri sağdığını, hər əqrəbdən isə bir küncüt qədər zəhər əldə olunduğunu bildirib.
Əqrəb zəhərini bütün dünyaya göndərən Yılmaz, buradan əldə etdiyi zəhəri xaricə ixrac etdiyini açıqlayıb.
Qeyd edək ki, fermadakı əqrəblərin hər biri "qara əqrəb"lərdir ki, onlar da ən zəhərli növlərdən hesab olunur.
Nəzrin Beydiyeva