Çin hökuməti həftələrlə davam edən etirazlara görə geri addım atmağa qərar verib. Beləki, Ötən aydan Covid pandemiyası ilə bağlı başlanan qapanmalar ölkənin bir neçə şəhər və bölgələrində bütün müəssisə və obyektlərin bağlanmasına da səbəb olub. Qapanmaların yaratdığı iqtisadi gərginlik xalqı ayağa qalxmağa vadar edib. Bundan sonra və yerli hökumət məhdudiyyətləri yüngülləşdirmək məcburiyyətində qalıb.
Quanju və Haiju şəhərlərində artıq etirazçılar ticarət obyektlərinə vurulan kilidləri qırıblar. Bunun ardından mərkəzi Chongqing şəhərində də məhdudiyyətlər yüngülləşdirilib.
Hətta etirazlardan sonra yerli hökumət yoluxan xəstələrin evə buraxılmasına və karantin müddətini ev şəraitində keçirmələrinə icazə verib.
Elnur Ənvəroğlu