50 milyon insan kölə kimi istifadə edilir - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

50 milyon insan kölə kimi istifadə edilir

Dünya A- A A+
Anadolu Agentliyinin Beynəlxalq Köləliyin Ləğv Edilməsi Günü münasibətilə tərtib etdiyi məlumatlara görə, son qlobal hesablamalar 2021-ci ildə 50 milyon insanın müasir köləlik şəraitində yaşadığını göstərir.
 
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatının sentyabr ayında " Qlobal Müasir Köləlik" adlı birgə hesabatına görə, dünyanın müxtəlif yerlərində qlobal əhalinin 28 milyonu məcburi əmək işlərində işlədilir, 22 milyonu isə məcburi nikaha girib.
 
Hesabatda bildirilir ki, son beş il ərzində köləlik şəraitində yaşayan insanların sayında əhəmiyyətli artım müşahidə olunub.
 
Hesabatda, həmçinin qlobal hesablamalara istinadən qeyd edilir ki, 2021-ci ildə köləlik şəraitində insanlarında sayında 2016-ci il ilə müqayisədə 10 milyon artım var. .
 
Müasir köləlik iki yerı bölünür: məcburi əmək və məcburi nikah.
 
Hər ikisi təhdid, zorakılıq, aldatma, gücdən sui-istifadə və igər məcburetmə metodları vasitəsilə insanlar məqsədyönlü şəkildə istismar olunur. 
 
"Məcburi əməyə məruz qalan insanların 11,8 milyonunu qadınlar və qızlar təşkil edir. Məcburi əməyə cəlb olunanların 3,3 milyonu isə uşaqlardır", - hesabatda deyilir.
 
“Məcburi nikaha cəlb edilənlərin üçdə ikisindən çoxunu qadınlar təşkil edir ki, bu da təxminən 14,9 milyon qadın və qıza bərabərdir”, - deyə hesabatda əlavə edilib.
 
Qeyd edək ki, BMT 1949-cu il dekabrın 2-də insan alveri, cinsi istismar, uşaq əməyi və məcburi nikah kimi köləlik növlərinin aradan qaldırılmasına yönələn qanun layihəsi qəbul edib. Bu vaxtdan bəri hər il Köləliyin Ləğv Edilməsi üzrə Beynəlxalq Gün kimi qeyd olundu.
 
Yunis Abdullayev


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...