Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib.
Ednews xəbər verir ki, bu haqda Litva XİN məlumat yayıb.
Bildirilib ki, adı açıqlanmayan əməkdaşa ölkəni tərk etmək üçün 5 gün vaxt verilib.
Belə ki, səfirliyin həmin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar arzuolunmaz şəxs elan edilib.
Rusiya Xarici İşlər Nazirliyi Litva hakimiyyətinin qərarına müvafiq cavab veriləcəyini bildirib.