Londonda yaşayan iranlılar etiraz aksiyası keçirib.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları İranda molla rejiminin insanlığa qarşı cinayətlərinə etiraz olaraq küçələrə axışıb.
Tədbir iştirakçıları İranda hökumət tərəfindən insan haqlarının pozulması və repressiyalara qarşı nifrətlərini bildirib və molla rejimini pisləyən şüarlar səsləndiriblər.