İranın təhlükəsizlik qüvvələri ABŞ-ın dünya çempionatında İran üzərində qələbəsini qeyd edən bir iranlını güllələyiblər.
Ednews xəbər verir ki, belə ki, bütün ölkədə və İran diasporu hökumətin etirazları amansız şəkildə yatırması fonunda milli komandaya qarşı çıxmaqda davam edir.
Çərşənbə axşamı Qətərdə davam edən Dünya Çempionatında ABŞ İranı 1:0 hesabı ilə məğlub edərək, İran komandasını oyunlardan kənarlaşdırdı. Bununla belə, İranda və xaricdə bir çoxları itki üçün yas tutmaq əvəzinə, 22 yaşlı Məhsa Aminin polis tərəfindən öldürülməsindən sonra İran hökumətinə qarşı daha kəskin reaksiya göstərib.
27 yaşlı Mehran Samak Xəzər dənizinin şimal-qərbində, Bəndər Ənzəli şəhərində avtomobilinin siqnalını zəfər məqsədilə çaldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Osloda yerləşən İran İnsan Haqları (IHR) qrupuna görə, Samak “milli komandanın Amerikaya qarşı məğlubiyyətindən sonra təhlükəsizlik qüvvələri tərəfindən birbaşa hədəfə alınıb və başından vurulub”.