İtaliya oktyabrda 31 milyon kubmetr həcmində Rusiya qazı idxal edib.
Ednews “TASS”a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə aparıcı qəzet olan “Il Sole 24 Ore” məlumat yayıb.
Məlumata görə, oktyabr ayında mülayim hava şəraiti və elektrik enerjisindən daha qənaətlə istifadə olunması fonunda İtaliya bir il əvvəllə müqayisədə təxminən 1,35 milyard kubmetr elektrik enerjisi az istehlak edib.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında İtaliya Rusiyadan 2,29 milyard kubmetr qaz idxal edib.