Rusiyada, Ryazan şəhərinin yaxınlığındakı aerodromda yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, daha 6 nəfər xəsarət alıb.
Partlayışda bir təyyarənin də zədələndiyi deyilir. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.