Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın Briçansk rayonu ərazisinə düşüb.
Ednews “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raketin düşməsi nəticəsində itki və dağıntı olmayıb.
Moldova hüquq-mühafizə orqanları raketin düşdüyü ərazidə işləyir
Qeyd edilib ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatında raketin mənşəyi ilə bağlı məlumat verilməyib.