Monqolustanın paytaxtı Ulan-Batorda hökumətdən narazı olanların kütləvi nümayişi keçirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Etirazçılar 12 milyard dollarlıq kömür oğurlayan rüşvətxor məmurların adının açıqlanmasını və cəzalandırılmasını tələb ediblər.
Etirazçılar Ulan-Batorun mərkəzindəki Hökumət Sarayına soxulmaq istəyiblər, lakin ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları onları cəhdin qarşısını alıblar.
Həmçinin aksiyaların fonunda naməlum şəxslər şəhər meydanındakı yolka ağacını da yandırıblar.
Qeyd edək ki, hadisə ilə əlaqədar Monqolustanın paytaxtı Ulan-Batorda fövqəladə vəziyyət elan edilib.