ABŞ Polşaya 700-ə yaxın tank və digər döyüş maşınları GÖNDƏRDİ - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

ABŞ Polşaya 700-ə yaxın tank və digər döyüş maşınları GÖNDƏRDİ

Dünya A- A A+

ABŞ Polşaya 700-ə yaxın müxtəlif döyüş maşını, o cümlədən “Abrams” tankları təhvil verib.

Ednews xəbər verir ki, bu barədə məlumatı “Wyborcza” nəşri yazıb. 

“Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyasının hərbi texnikası boşaldılır. Maşınlar arasında “M1 Abrams” tankları da var”,- deyə məlumatda qeyd edilib. 

Nəşr yazıb ki, “İntegrity” gəmisinin göyərtəsinə 700-ə yaxın müxtəlif tipli hərbi texnika və döyüş maşınları gətirilib. 

Nəşrin məlumatına görə, avadanlığın boşaldılması 2014-cü ildə start götürən “Atlantic Resolve” proqramı çərçivəsində həyata keçirilir və bu proqram Amerikanın Avropadakı mövcudluğunu gücləndirmək məqsədi daşıyır. 

Polşaya gələn texnikalar arasında “Bradley” tankları, “M113” zirehli transportyorları və bir sıra digər texnika və yük maşınları da var.  

Həmçinin qeyd olunub ki, 2023-cü ilin yanvarında ABŞ-dan daha yüksək sayda hərbi texnikanın gətirilməsi planlaşdırılır. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...