Çinin kosmonavt heyəti Yerə qayıdır - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Çinin kosmonavt heyəti Yerə qayıdır

Dünya A- A A+
Çinin Yer orbitində qurduğu Tiengong (səma sarayı) Kosmik Stansiyasındakı komandası 6 aylıq missiyasını başa vurub.
 
Ednews xəbər verir ki, Chin Dong, Liu Yang və Cai Shujini daşıyan "Shincou-14 kosmik" kapsul axşam saatlarında Qobi səhrasındakı Donfinq yatağına enib.
 
Kosmosda 180 gün keçirən kosmonavtların sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb. Şinkou-14 kosmos gəmisi iyunun 5-də, komanda isə iyunun 6-da işə başlayıb.
 
Qeyd edək ki, kosmik stansiyaya göndərilən üçüncü komanda olan kosmonavt qrupu 6 ay ərzində stansiyanın əsas skeletinin quraşdırılması üçün araşdırmalar aparıb və bunun üçün üç dəfə kosmosda gəzinti həyata keçirib.
 
Xatırladaq ki, noyabrın 29-da “Şincou-15” gəmisi ilə stansiyaya göndərilən yeni heyət orbitdə ilk təhvil-təslim prosesini həyata keçiriblər.
 
Nəzrin Beydiyeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...