"Əl-Cəzirə" Şirin Əbu Aqlehin qətli ilə bağlı Haqqa məhkəməsinə müraciət ETDİ - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

"Əl-Cəzirə" Şirin Əbu Aqlehin qətli ilə bağlı Haqqa məhkəməsinə müraciət ETDİ

Dünya A- A A+
"Bu gün "Əl-Cəzirə" Media Şəbəkəsi müxbiri Şirin Əbu Aqlehin Fələstində İsrail silahlıları tərəfindən öldürülməsi ilə bağlı sənədləri Haqqa Beynəlxalq Məhkəməsinə təqdim edib".
 
Ednews xəbər verir ki, bu barədə Əl-Cəzirə” media şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Həcc öz Facebook səhifəsində məlumat verib.
O, qeyd edib ki, bu jurnalistin qətlə yetirilməsindən 6 ay sonraya təsadüf edib. Onun sözlərinə görə, bu müddət ərzində media şəbəkənin hüquq qrupu iş üzrə hərtərəfli və ətraflı araşdırma aparıb, şahidlərin ifadələri əsasında yeni sübutlar üzə çıxarıb, işlə bağlı çoxlu sayda video və məhkəmə-tibbi sübutları araşdırılıb.
 
"Əl-Cəzirə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna təqdim etdiyi faylda vurğulayır ki, şahid ifadələrindən və video görüntülərdən sitat gətirilən yeni dəlillər Şirin və onun həmkarlarının İsrail silahlı qüvvələri tərəfindən birbaşa atəşə məruz qaldığını açıq şəkildə göstərir. İsrail hakimiyyətinin onların atışma zamanı səhvən öldürüldüyü iddiası əsassızdır".
 
Sami-Əl-Həcc həmçinin qeyd edib ki, Respublika Prokurorluğuna təqdim edilən dəlillər təsdiq edir ki, Şirinin olduğu ərazidə silahlı qüvvələrin ona və həmkarlarına atəş açması istisna olmaqla, heç bir toqquşma və ya atışma olmayıb.
 
Görüntülərdən də göründüyü kimi jurnalistlər açıq və aydın görünən yerdə olublar. Əyinlərində media gödəkçələri və dəbilqələri olan media nümayəndələri yolda yavaş-yavaş qrup halında hərəkət ediblər və orada başqa insanlar olmayıb.
 
 
Bu gün ICC Prokuroruna təqdim edilən bu sübutlar İsrail ordusunun təhqiqatının nəticələrini yalanlayır və bunun qəsdən  Əl-Cəzirəni hədəfə almaq və susdurmaq üçün daha geniş kampaniyanın bir hissəsi olduğunu göstərir".
 
Daha sonra o, "Əl-Cəzirə" Media Şəbəkəsinin beynəlxalq ictimaiyyətin, insan haqları təşkilatlarının və media azadlığını müdafiə edən qurumların bu işdə marağını və onların bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsinə dair davamlı çağırışlarını alqışladığını bildirib.
 
 "Əl-Cəzirə sübutları məhkəməyə təqdim etdikdən sonra Haaqada hüquq qrupunun nümayəndələri, mərhumun ailə üzvləri, jurnalistlər, media azadlığını müdafiə edən hüquq müdafiə təşkilatları və orqanlarının rəsmilərinin iştirakı ilə mətbuat konfransı təşkil edəcək. Əl-Cəzirə Media Şəbəkəsi onun qatillərini məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri və vasitələri edərək Şirin üçün ədalətə nail olmaq öhdəliyini öz üzərinə götürür".
 
Ləman Abbaslı
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...