Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcəyini açıqlayıb.
Ednews “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas məlumat verib.
Nazir qeyd edib ki, artıq ukraynalı qaçqınlar Finlandiyaya yönləndiriləcək:
“Biz Ukraynadan olan qaçqınlara artıq kömək edə bilmirik. Odur ki, Finlandiya ilə danışdıq və onlar daha çox qaçqın qəbul edə biləcəklərini bildirdilər”.
Kallas, həmçinin, Ukraynada baş verən son hadisələrin qaçqınların yeni dalğasına səbəb olacağını vurğulayıb.