Blinken: “Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmirik” - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Blinken: “Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmirik”

Dünya A- A A+
“ABŞ Kiyevin Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmir, lakin Ukraynaya “özünü qorumaq üçün lazım olan” hərbi yardımı verəcək”.
 
Ednews  xəbər verir ki, bu fikirləri dövlət katibi Entoni Blinken səsləndirib.
 
O vurğulayıb ki, ABŞ və onun tərəfdaşları Ukraynanı öz ərazisini qorumaq üçün lazımi avadanlıqla təmin etməkdə qərarlıdırlar.
 
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, rəsmi Kiyev dekabrın 5-də səhər saatlarında Rusiyanın Ryazan vilayətindəki Diaqilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına sovet istehsalı olan reaktiv pilotsuz təyyarələrlə zərbələr endirib. Məqsəd uzaqmənzilli təyyarələrin sıradan çıxarılması olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...