“Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, sülh müqaviləsinin bütün digər bəndləri üzrə aydın razılaşma yoxdur:
“Söhbət Qarabağdan, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılması və humanitar məsələlərdən gedir”.