Twitter-in yeni sahibi İlon Mask şirkətin keçmiş rəhbərliyinə üçüncü açıqlamasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının dayandırılmasının aylar əvvəl müzakirə edildiyini açıqlayıb.
Ednews xəbər verir ki, yazıda qeyd olunub ki, bu məsələ ilə bağlı federal qurumlarla əlaqə saxlayırıq.
Bu kontekstdə Twitter-in Qlobal Təhlükəsizlik üzrə keçmiş rəhbəri Yoel Roth ABŞ-da 2020-ci il prezident seçkilərindən sonra Federal Təhqiqat Bürosu (FTB) ilə həftəlik danışıqlar apardığını bildirən mesajlar yayımlayıb.
Açıqlamalar yenidən müstəqil jurnalist Mark Taibbi vasitəsilə edilib.
Twitter-in hesablarını bloklamasının qaydalara əsaslanan avtomatlaşdırmaya və bəzi idarəçilərin şəxsi qənaətlərinə əsaslandığını bildirən Taibbi, 2020-ci il prezident seçkiləri yaxınlaşdıqca şirkətin federal qurumların təzyiqləri ilə üzləşməyə başladığını bildirib.
Taibbi, siyasətlərin yumşaldılması ilə yüksək səviyyəli hesablara müdaxilənin müzakirə olunmağa başladığını və bunun üçün yanvarın 6-dan sonra "Slack" (mesajlaşma proqramı) qrupunun yaradıldığını deyib.
O, həmçinin seçki prosesi zamanı federal qurumlarla bağlı hansı məzmunun pozuntu sayıla biləcəyi barədə danışan rəhbər şəxslərlə bağlı yazışmaları da paylaşıb.
Nəzrin Beydiyeva