Avropa İttifaqı (Aİ) Rusiyaya hər hansı yeni silah, o cümlədən Ukraynaya qarşı müharibənin daha da gərginləşməsinə səbəb ola biləcək qısamənzilli ballistik raketlər tədarükü həyata keçirməməklə bağlı İrana xəbərdarlıq edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında bildirilib.
Qeyd edilir ki, Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən bütün hərəkətlərə cavab verməyə və İranı, əlavə məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, məsuliyyətə cəlb etməyə davam edəcək:
“Avropa İttifaqı İran silahlarının, o cümlədən pilotsuz uçuş aparatlarının beynəlxalq, o cümlədən Avropa mənşəli komponentlərdən hazırlanması ilə bağlı xəbərləri böyük narahatlıqla qeyd edir və müvafiq tədbirlərin görülməsini nəzərdən keçirir”.