Belçika polisi Avropa Parlamentinin binasında axtarış aparıb.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, polislər axtarışı Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya ilə bağlı həyata keçirib.
Belçika federal prokurorluğunun məlumatına görə, bu, dörd gün ərzində artıq 20-ci axtarışdır.
Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı.