Ukraynanın Xerson vilayətində Rusiya Ordusu tərəfindən növbəti atəşi nəticəsində 8 yaşlı uşaq həlak olub.
Ednews xəbər verir ki, bu barədə şəhərin müdafiə komendantlığının mətbuat xidmətinin rəhbəri Dmitri Pletençuk şəxsi “Facebook” hesabında bildirib.
O qeyd edib ki, uşağın ölümünə ərazidə partlayan mina səbəb olub.