Tunisdə Xalq Nümayəndələri Məclisinə - parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə 161 deputat mandatı uğrunda mindən çox namizəd mübarizə aparır.
Qeyd edək ki, Tunis parlamentinin aşağı platasının deputatları 5 il müddətinə seçilir. Təxminən 12 milyon əhalisi olan ölkədə 9,3 milyondan çox seçici səs vermək hüququna malikdir.