NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun rəhbəri ola bilər .
Ednews xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Stoltenberqin yeni vəzifəyə təyinatı onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər. Onun 2023-cü il oktyabrın 1-dək vəzifəsini tərk edəcəyi gözlənilir.