Milad bayramı ərəfəsində qiymət artımı ilə bağlı yaranan gərginlik bir çox insanları məyus edib. Artıq bir çoxları keçən illə müqayisədə hədiyyələr almaq və ya restoranlarda emək yemək kimi adətləri kənara qoymaq məcburiyyətində qalıb.
Ednews xəbər verir ki, ilkin hesabatlara görə, Böyük Britaniyada kommunal xərclər nəzərə alındığı təqdirdə, bu ilin Milad bayramındakı orta xərclər 65% baha başa gələ gələcək. Pul köçürmələri üzrə “WorldRemit” maliyyə şirkəti bu il bayram üçün orta xərcin 905 funt (təxminən 1880 Azərbaycan manatı) təşkil edəcəyini deyib. Artan yaşayış xərclərinin Milad planlarına təsiri ilə bağlı 64 yaşlı yerli iş adamı Corc Pirintji bayramı necə keçirəcəyini belə izah edib.
“Biz əlimizdən gələni edirik, sadəcə olaraq ayağımızı yorğanımıza görə uzadacağıq – yəni az pulla kef almağa çalışacağıq,” – deyə o, bildirib.
Britaniyalı iş adamı əlavə edib ki, iqtisadi gərginliklə bağlı onun kredit borcları da artıb.
"Mənim ipoteka borcum son altı ayda ayda 500 funt sterlinq artıb. Ona görə də işlər çətindir. Belə bir məqamda biz sadəcə çox diqqətli olmalıyıq".
Bununla belə, Pirintji 2023-cü ilə pozitiv baxdığını və hətta Milad bayramının daha şən keçəcəyinə ümid etdiyini deyib.
"Nə olacağını heç vaxt bilmək olmur. Əsas odur zamanla ayaqlşmağı bacaraq və gələcəyə ümidlə baxaq!"
Elnur Ənvəroğlu