Britaniyada atışma olub - Ölən və yaralanan var - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Britaniyada atışma olub - Ölən və yaralanan var

Dünya A- A A+
Böyük Britaniyanın Mersisayd qraflığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
 
Ednews TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat yerli polisin saytında dərc olunub.
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın atıcı silahdan açılan atəş nəticəsində yaradan ölüb. Üç kişi xəstəxanaya aparılıb.
 
Şənbə günü yerli vaxtla saat 23:50 radələrində (03:50 - Bakı, bazar günü) atəş səsləri ilə bağlı məlumat aldıqdan sonra qraflıq polisi Liverpul yaxınlığında yerləşən “Lighthouse Inn” hotelinə çağırılıb.
 
Mersisayd hüquq-mühafizə orqanlarının əməkdaşları qətl işi ilə bağlı araşdırmalara başlayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...