Avropa İttifaqının (Aİ) yeni texniki missiyası artıq Ermənistana gəlib.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasının efirində məlumat verib.
Qriqoryan bildirib ki, missiya hərbi xarakter daşımır:
“Oktyabrın 19-da gələn müşahidəçilər bölgəni tərk edib, hazırda Ermənistanda yeni texniki missiya fəaliyyət göstərir”.