Rusiyada ilk elektromobil "Moskviç" avtomobilləri satışa çıxarılıb.
Ednews Rusiya KİV-nə istinadən xəbər verir ki, maşınlar artıq anbarları doldurmağa başlayıb.
“Biz indi avtosalonları istehsalçının tələblərinə uyğunlaşdırmağa, yeni identifikasiyaya və sair etməyə başlayırıq. Onlar sıraya gətirilənədək anbar artıq dolu olacaq. Yeni “Moskviç” beş rəngdə təqdim olunacaq: ağ, qara, qırmızı, boz və mavi”,-deyə rəsmi diler mərkəzindən bildirilib.
Qeyd edilib ki, avtomobilin qiyməti 3,5 milyon rubldur.