İlon Mask İrana internet dəstəyi verəcəyini vəd edib.
Ednews xəbər verir ki, hökumət isə etirazları yatırmaq və informasiya axınını əngəlləmək üçün internetə çıxışı məhdudlaşdırıb. İran hökumətinin bu addımından sonra Mask, Space X-ə bağlı "Starlink" peykləri ilə İrana internet dəstəyi verəcəyini açıqlayıb.
Mask, həmçinin, Twitter hesabından verdiyi açıqlamada indiyədək İranda 100-ə yaxın Starlink peykinin aktiv olduğunu açıqlayıb.
Qeyd edək ki, Starlink-in Yerdən cəmi bir neçə yüz kilometr yüksəklikdəki orbitdə fırlanan iki mindən çox kiçik peyki var.
Bu kiçik peyklər sayəsində bütün dünyada istifadəçilərə internetə çıxış təmin edilə bilər.
Sözügedən peyklər daha sonra kiçik Wi-Fi qaynar nöqtələri yaradan marşrutlaşdırıcılara qoşulur.
Nəzrin Eldarqızı