Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail, Şri-Lanka və Uruqvayın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan İsrailin Türkiyəyə təyin olunan yeni səfiri İrit Lillianın, Şri-Lankanın yeni səfiri Saranya Hasanthi Urugodavatte Dissanayakenin, Uruqvayın yeni səfiri Hüqo Cayrusun etimadnaməsini qəbul edib.
Qeyd edək ki, oktyabrın 6-da Şakir Özkan Torunlar Türkiyənin İsraildə yeni səfiri təyin edilib.