Türkiyədə ilk dəfə olaraq korparativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacaq.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Bu sınaq əlavə maaş almayan təxminən 200 işçiyə tətbiq ediləcək. İştirak etmək istəyənlərin qəbulu isə müraciət əsasında həyata keçiriləcək.
Həmçinin, şirkət həftənin 2 günü evdən işləməyə də davam edəcək.
Qeyd edək ki, 4 günlük iş rejimi İspaniya, Belçika, İslandiya, Böyük Britaniya, Hollandiya, İsveç, Almaniya, Danimarka, Finlandiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdə tətbiq edilir.