Rusiya Ordusu Ukraynanın Xerson şəhərində yerləşən xəstəxananın doğum şöbəsinə zərbə endirib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib:
“Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə yeni doğuş etmiş 5 qadın var”.
Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda olub.