“Biz ümid edirik ki, ABŞ Konqresində F-16 qırıcılarının satışı ilə bağlı sazişin təsdiqi prosesi yanvarda başlayacaq. Bu, təkcə Türkiyənin deyil, ABŞ və NATO-nun da maraqlarına uyğundur”.
Ednews xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Kriter” jurnalına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, əks halda Türkiyənin lazımi addımları atmaq qabiliyyəti və qətiyyəti var.
Kalın xatırladıb ki, ABŞ prezidenti Co Bayden bu məsələdə Ərdoğana dəstək olub.