Bu ilin yanvarın 1-2 tarixlərində Ermənistanda baş verən yol qəzalarında 5 nəfər ölüb, 50 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, bu günlərdə baş vermiş yol qəzalarının sayı 41-dir.
Həmçinin Ermənistanda yeni ilin ilk günlərində 65 cinayətin üstü açılıb. Onlardan 25-i məişət zorakılığı, 6-sı narkotik vasitələr, 4-ü dələduzluq, 3-ü oğurluq, 2-si silah saxlama və əmlakın məhv edilməsi və 1 cinayət vəzifə saxtakarlığı və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.
O da əlavə olunub ki, axtarışda olan iki şəxs polis tərəfindən saxlanılıb.