Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.
O bu razılaşmanın icrasını iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.
“Biz gözləyirik ki, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşma da yaxın zamanlarda icra olunacaq”, o deyib.