“Türkiyənin Yunanıstana zərbə endirmək fikri yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə onlara cavab verəcək”.
Ednews xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:
“Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Bu, Yunanıstanda çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, “türklər bizi vuracaqlar”. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə, bizim də sizinlə işimiz olmayacaq”.